Laylalar: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 15: Sətir 15:
}}
}}
<poem>
<poem>
{{siyahı sütunlarla|5|
A lay-lay, gülüm lay-lay,
A lay-lay, gülüm lay-lay,
Gülüm, bülbülüm lay-lay.
Gülüm, bülbülüm lay-lay.
Sətir 74: Sətir 75:
Bir bala göstərin ki,
Bir bala göstərin ki,
Balamdan göyçək olsun.
Balamdan göyçək olsun.
}}
</poem>
</poem>
[[Kateqoriya:Şifahi xalq ədəbiyyatı]]
[[Kateqoriya:Şifahi xalq ədəbiyyatı]]

10:39, 6 mart 2016 versiyası

Laylalar
Müəllif: Şifahi xalq ədəbiyyatı

A lay-lay, gülüm lay-lay,
Gülüm, bülbülüm lay-lay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, lay-lay.

A lay-lay, quzum lay-lay,
Ayım, ulduzum lay-lay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm, lay-lay.

A lay-lay, yenə lay-lay,
Can deyim sənə lay-lay.
Sənə gələn dərd, bəla,
Qoy gəlsin mənə lay-lay.

Atım, tutum bu balanı,
Şəkərə qatım bu balanı.
Atası evə gələndə,
Qabağa tutum bu balanı.

Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Sabah yuxusu şirin.
Qıymaram oyatmağa.

Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.

Dağların lalasına,
Gözlərin qarasına.
Analar qurban olsun,
Öz körpə balasına.

Lay-lay dedim adına,
Hay yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.

Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
 
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.

Laylayım el başına,
Sancılsın tel başına.
Səni kim istəməsə,
Qalmasın il başına.

Yeni gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala göstərin ki,
Balamdan göyçək olsun.