Düşmüşəm (Aşıq Hüseyn Bozalqanlı): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
k Araz Yaquboglu Düşmüşəm səhifəsinin adını Düşmüşəm (Aşıq Hüseyn Bozalqanlı) olaraq dəyişdi. |
(Fərq yoxdur)
|
16:13, 1 avqust 2016 tarixindəki versiya
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşmüşəm Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Qirxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm,
Arif məclisində, alim yanında,
Neçə dəfə imtahana düşmüşəm.
Bir zaman əlimde zil bəm saz oldu,
Gözətlər mənimlə üzbə-üz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una dönmüşəm.
Özüm aşiq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışan təşbeh misalda,
Hüseyn deyər, həmən günə düşmüşəm.