Özgəsinə: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Özgəsinə | müəllif = Yəhya bəy Dilqəm | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcümə...' ilə yarat
 
 
Sətir 33: Sətir 33:
</poem>
</poem>


[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:XIX əsrin qoşmaları]]

Səhifəsinin 15:48, 3 avqust 2016 tarixinə olan son versiyası

Özgəsinə
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Uçdu meylim quşu qondu, yar, sənə,
Mən necə dil verim bir özgəsinə?!
Səndən qeyrisini könlum istəməz.
Mən necə yol verim bir özgəsinə?!

Bağban olan gedir bara yalvarır,
Yoxsul olan gedir vara yalvarır,
Yarı olan gedir yara yalvarir,
Mən necə yalvarım bir özgəsinə?!

Əzəldən Dilqəmə yar olan sənsən,
Gözəllər içində var olan sənsən,
Əzrayıl donunda can alan sənsən,
Mən necə can verim bir özgəsinə?!

Götürdü göy at məni,
Saxladı Sayat məni,
Baş qoyub dizin üstə,
Çox yatsam, oyat məni.