Ey mələksima ki, səndən özgə heyrandır sana: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
kRedaktənin izahı yoxdur |
||
Sətir 1: | Sətir 1: | ||
{{Ərəblə|ای ملک سیما که سندن اوزگه حئیراندیر سنه}} |
|||
{{Başlıq |
{{Başlıq |
||
| başlıq = Ey mələksima ki, səndən özgə heyrandır sana |
| başlıq = Ey mələksima ki, səndən özgə heyrandır sana |
09:20, 8 avqust 2016 tarixindəki versiya
←Kargər düşməz xədəngi-tə’neyi-düşmən man | Ey mələksima ki, səndən özgə heyrandır sana Müəllif: Məhəmməd Füzuli |
Cam içrə mey ki, dairə salmış hübab ona→ |
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.
Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.
Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.
Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhvi-övci-məlahətsən, bu nöqsandır sana.
Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xuburlardan yaman gəlməz, bu böhtandır sana.
Ey Füzuli, xuburlardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!