Ah eylədiyim sərvi-xuramanın üçündür: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 8: Sətir 8:
| il =
| il =
| qeydlər =
| qeydlər =
| mənbə = Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.114.
}}
}}



Səhifəsinin 17:26, 27 avqust 2017 tarixinə olan son versiyası

Ah eylədiyim sərvi-xuramanın üçündür
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.114.


Ah eylədiyim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür.

Sərgəştəliyim kakili-mişkinin ucundan
Aşüftəliyim zülfi-pərişanın üçündür.

Bimar tənim nərgisi-məstin ələmindən,
Xunin ciyərim ləli-dürəfşanın üçündür.

Yaxdım tənimi vəsl günü şəm tək, əmma
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
Can içrə səni bəslədiyim anın üçündür.

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.