Gözəl (Aşıq Fətulla): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = {{PAGENAME}} | müəllif = Aşıq Fətulla | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməç...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Başlıq
{{Başlıq
| başlıq = {{PAGENAME}}
| başlıq = Gözəl
| müəllif = Aşıq Fətulla
| müəllif = Aşıq Fətulla
| keçidsiz müəllif =
| keçidsiz müəllif =
Sətir 15: Sətir 15:
| commons_keçidi =
| commons_keçidi =
}}
}}

<poem>
<poem>
Bir ah çəksəm, dağı-daşı əridər,
Bir ah çəksəm, dağı-daşı əridər,
Sətir 41: Sətir 42:
Döndərdin qəddimi sən dala, gözəl.
Döndərdin qəddimi sən dala, gözəl.
</poem>
</poem>

[[Kateqoriya:Qoşmalar]]
[[Kateqoriya:Qoşmalar]]

12:19, 23 oktyabr 2017 tarixindəki versiya

Gözəl
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Bir ah çəksəm, dağı-daşı əridər,
Bəsdi zinət verdin camala, gözəl.
Hər baxanda od salarsan könlümə,
Dəhanın batıbdı xub bala, gözəl.

Şirinsən dünyada hər bir gözəldən,
Vərqadan, Gtilşadan, Yusif-Kənandan,
Yanağın lalədi, olubdu xəndan,
Möhtacam ağ üzdə o xala, gözəl.

Qədrini bilənsən gövhər, zərin də,
Qızılgül əlində, cığa sərində,
Ağlın, huşun, söz-söhbətin yerində,
Afərin səndəki kamala, gözəl.

Əhvalım pozulub, halım pərişan,
Eşqidən ürəyim olubdu şan-şan,
Çəkirəm həsrətin, bilginən pünhan,
Bir yol rəhmin gəlsin bu hala, gözəl.

Nagah aldın Fətullanın canını,
Yox kimsəsi ala səndən qanını,
Almısan əlimdən din-imanımı,
Döndərdin qəddimi sən dala, gözəl.