Könlüm açılır zülfi-pərişanını görgəc.: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teq: Yeni yönləndirmə

Sətir 1: Sətir 1:
#İSTİQAMƏTLƏNDİRMƏ [[Könlüm açılır zülfi-pərişanını görgəc]]
{{Başlıq
| başlıq = Könlüm açılır zülfi-pərişanını görgəc
| müəllif = Məhəmməd Füzuli
| tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =

Könlüm açılır zülfi-pərişanını görgəc.

Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdıqca sənə qan saçılır didələrimdən,

Bağrım dəlinir navəki-müjganını görgəc.

Rənalıq ilə qaməti-şümşadı qılan yad,

Olmazmı xəcil sərvi-xuramanını görgəc.

Çox eşqə həvəs edəni gördüm ki, həvasın

Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, deyil mötərifi-nari-cəhənnəm.

İymanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,

Etməzmi həya ləli-dürəfşanını görgəc.

Sən hali-dilin söyləməsən, nola, Füzuli.

El fəhm qılır çaki-giribanını görgəc.

[[Kateqoriya:Qəzəllər]]

Səhifəsinin 14:52, 12 iyul 2019 tarixinə olan son versiyası