Gülğülə saldım genə nöhfələki-əxzərə: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Başlıq | başlıq = Gülğülə saldım genə nöhfələki-əxzərə | müəllif = Əbülqasim Nəbati | tərcüməçi = | bölmə = | əvvəlki...' ilə yarat
 
 
Sətir 37: Sətir 37:
</poem>
</poem>


[[Kateqoriya:Qəzəllər]]
[[Kateqoriya:XIX əsrin qəzəlləri]]

Səhifəsinin 11:37, 26 yanvar 2020 tarixinə olan son versiyası

Gülğülə saldım genə nöhfələki-əxzərə
Müəllif: Əbülqasim Nəbati


Gülğülə saldım genə nöhfələki-əxzərə,
Etdi mədəd taleim, yetdi əlim sağərə.

Div, bəfəzli-xuda oldu pəridən cüda,
Müjdə apar, ey səba, ol büti-siminbərə.

Şamü səhər, müttəsil, şüğlüm olub məşqi-eşq,
Gözlərimi dikmişəm lövhi-rüxi-dilbərə.

Bir yükə kim, dözmədi gavi-fələk, sirrə bax,
Götdü belindən onun, çatdı məni-kafarə.

Tari bilir, odlaram xirqəvü səccadəni,
Saqi , bu qan kasəsin qoyma əlindən yerə.

Qasidi-əhli-niyaz, hüdhüdi-aşiqn-əvaz,
Lütf ilə bu naməni bağla o xoş şəhpərə.

Durma, dönüm başına, mən sənə qurban olum,
Hümmət elə, ver səfa şövq ilə balü pərə.

Bircə tamaşa elə dideyi-xunbarimə,
Söyləginən halimi ol məhi-xoş-mənzərə.