Vikimənbə:Günün mətni/iyul 27: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 1: Sətir 1:
'''Yalquzaq'''<br />
'''Olmasa'''<br />
''[[Müəllif:Aşıq Seyid İbrahim|Aşıq Seyid İbrahim]]''
''[[Müəllif:Aşıq Seyid İbrahim|Aşıq Seyid İbrahim]]''
<div style="text-align: left; font-size: 90%">
<div style="text-align: left; font-size: 90%">

Səhifəsinin 11:30, 28 aprel 2020 tarixinə olan son versiyası

Olmasa
Aşıq Seyid İbrahim

Sərraf mətah sata bilməz, böyük bazar olmasa
Dünyanı qarışdırar, insanda ar olmasa.
Bivəfa dost kənar gəzər, dost tənəzzül edəndə,
Baş əyib salam verməz, əlində var olmasa.

Ağlı, huşu azmayınca, kimsəni tutmaz qəza,
Düşsə qəzanın toruna titrər bədəndə əza.
Qorxum o gün qopar, qələm çalam, bəd yaza,
Cəhənnəmdə od yalandı, vücudda od olmasa.

Gəl biçarə İbrahim, haram vara var demə.
İbadəti unudub, gen dünyaya dar demə.
Boy buxuna aldanıb, don geyənə yar demə,
İnsana etibar yoxdu, yaradan yar olmasa.