Koroğlu dastanı/Koroğluynan Aypara: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 12: Sətir 12:
}}
}}

<poem>Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ.
Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:

<poem>Qurban olum qara telə,
Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:

Qurban olum qara telə,
Eyvazı yolladım gələ,
Eyvazı yolladım gələ,
Al yanağı döndü gülə,
Al yanağı döndü gülə,
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.

Havalarda uçan dunra,
Havalarda uçan durna,
Qanadları burma-burma,
Qanadları burma-burma,
Həm dəf çaldım, həm də zurna,
Həm dəf çaldım, həm də zurna,
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.

Göy üzündə vardı ulduz,
Göy üzündə vardı ulduz,
Hər dəlimə aldım bir qız,
Hər dəlimə aldım bir qız,
İstər gəlin, istərsə qız
İstər gəlin, istərsə qız
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.

Gedibən halallaşmadı,
Gedibən halallaşmadı,
Dedim getmə, barışmadı,
Dedim getmə, barışmadı,
Qoç içinə qarışmadı,
Qoç içinə qarışmadı,
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.

Gedin deyin o cavana,
Gedin deyin o cavana,
Gül çiçəyi qıydı cana,
Gül çiçəyi qıydı cana,
Nöş gəlmədin sən bu yana,
Nöş gəlmədin sən bu yana,
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.

Qoçum, Eyvaz, qoçum, Eyvaz,
Qoçum, Eyvaz, qoçum, Eyvaz,
Getdin, könül oldu nasaz,
Getdin, könül oldu nasaz,
Divandasan mənə sən yaz,
Divandasan mənə sən yaz,
Qoçum Eyvazım gəlmədi.
Qoçum Eyvazım gəlmədi.
</poem>
Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi.
Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu
Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi. Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb getdi. Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə.

Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb
İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim. Aypara xanım əmisi oğlu Osmana adaxlı idi. Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu. Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə. Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.
getdi.

Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə.
İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim.
Aypara xanım əmisi oğlu Osmana adaxlı idi.
Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu.
Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda
olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə.
Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında
gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın
qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.
Ayparanın qulluqçusu dedi:
Ayparanın qulluqçusu dedi:

– Xanım, bu Koroğludu!
– Xanım, bu Koroğludu!

Aypara xanım dedi:
Aypara xanım dedi:

– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz.
– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz.

Qulluqçusuynan xanımın sözü çəp düşdü.
Qulluqçusuynan xanımın sözü çəp düşdü.

Aypara xanım dedi:
Aypara xanım dedi:

– İndi ki belədi, get çağır onu, görək kimdi?
– İndi ki belədi, get çağır onu, görək kimdi?

Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu
gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən
Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən gözəl. Aypara xanım xəbər aldı ki, kimsən?
gözəl.
Aypara xanım xəbər aldı ki, kimsən?
Koroğlu sazını sinəsinə basıb dedi:
Koroğlu sazını sinəsinə basıb dedi:
Birisinin ayağında məsti var,
<poem>Birisinin ayağında məsti var,
Birisinin can almağa qəsti var,
Birisinin can almağa qəsti var,
Koroğlunun bu yerlərdə əsri var,
Koroğlunun bu yerlərdə əsri var,
Koroğluyam, gəldim mən bac almağa.
Koroğluyam, gəldim mən bac almağa.</poem>
Sənəm Aypara xanıma dedi:
Sənəm Aypara xanıma dedi:

– Gördün Koroğludu!
– Gördün Koroğludu!

Aypara xanım saçın saz eləyib görək nə dedi:
Aypara xanım saçın saz eləyib görək nə dedi:
Koroğlu gəzdirir qolunda laçın,
<poem>Koroğlu gəzdirir qolunda laçın,
Sədası gələndə düşmənnər, qaçın,
Sədası gələndə düşmənnər, qaçın,
Görməmişəm doqquz hörük mən saçın
Görməmişəm doqquz hörük mən saçın
Hanı Qıratın, gəldin bac almağa!
Hanı Qıratın, gəldin bac almağa!</poem>

Koroğlu:
Koroğlu:
Koroğlu küsəndə meydan eliyir,
<poem>Koroğlu küsəndə meydan eliyir,
Buraxıb Qıratın sazın köklüyür,
Buraxıb Qıratın sazın köklüyür,
Dəliləri Çənlibeldə bəsliyir,
Dəliləri Çənlibeldə bəsliyir,
Koroğluyam, gəldim mən bac almağa!
Koroğluyam, gəldim mən bac almağa!</poem>

Aypara xanım dedi:
Aypara xanım dedi:

– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın
dəliləri kimlərdi?
– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın dəliləri kimlərdi?

Cavabında Koroğlu dedi:
Cavabında Koroğlu dedi:
Bir dəlim vardı ki, adıdı Eyvaz,
<poem>Bir dəlim vardı ki, adıdı Eyvaz,
Sağında, solunda düşməni saymaz.
Sağında, solunda düşməni saymaz.
Uzağa getsə də o mənsiz durmaz,
Uzağa getsə də o mənsiz durmaz,
Koroğluyam, gəldim mən bac almağa.
Koroğluyam, gəldim mən bac almağa.</poem>

Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu
tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu
Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir könüldən min könülə vurulub özünü ona nişan verdi:
<poem>Adımdı Aypara, nəslim duduman,
tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir
könüldən min könülə vurulub özünü ona nişan verdi:
Adımdı Aypara, nəslim duduman,
Yaşıl çimən, axar sular, şux orman,
Yaşıl çimən, axar sular, şux orman,
Atam Xəlil paşa, adaxlım Osman
Atam Xəlil paşa, adaxlım Osman
Hayıfsan, ay oğlan, görəllər səni.
Hayıfsan, ay oğlan, görəllər səni</poem>.

Koroğlu:
Koroğlu:
Adındı Aypara, nəslin duduman,
<poem>Adındı Aypara, nəslin duduman,
Ay qız, sənin adaxlındı Osman,
Ay qız, sənin adaxlındı Osman,
Mən gəlmişəm alım burda qana-qan,
Mən gəlmişəm alım burda qana-qan,
Verib mənə nişan dəlilər səni.
Verib mənə nişan dəlilər səni.</poem>

Aypara:
Aypara:
Dəlilərin nolur burda olaydı,
<poem>Dəlilərin nolur burda olaydı,
El-obanı çalıb-çapıb soyaydı,
El-obanı çalıb-çapıb soyaydı,
Ayparaynan baş yastığa qoyaydı,
Ayparaynan baş yastığa qoyaydı,
Heyifsən, ay oğlan görərlər səni.
Heyifsən, ay oğlan görərlər səni.</poem>

Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi
süzdü, sazı döşünə basıb görək nə dedi:
Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi süzdü, sazı döşünə basıb görək nə dedi:
Mən gedəndə burda tikdirdim qala,
<poem>Mən gedəndə burda tikdirdim qala,
Koroğlu dönübdü bu bürcü ala,
Koroğlu dönübdü bu bürcü ala,
Koroğlu boynuna qulac qol sala,
Koroğlu boynuna qulac qol sala,
Nişan verib mənə dəlilər səni.
Nişan verib mənə dəlilər səni.</poem>

Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola
verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan
Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən.

keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən.
Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə
Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə Koroğluya dedi:

Koroğluya dedi:
– Gəl baş yastıq olaq.
– Gəl baş yastıq olaq.
Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu.
Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu. Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu, tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:

Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu,
– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara Koroğluya aşiq olub. Bu saat onun yanındadı.
tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:

– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara
Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb Koroğlunun üstünə yeridi.
Koroğluya aşiq olub. Bu saat onun yanındadı.

Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri
İndi eşit Ayparaynan Koroğludan. Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:
tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb
<poem>Düşdü üzüyümün qaşı,
Koroğlunun üstünə yeridi.
İndi eşit Ayparaynan Koroğludan.
Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət
eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman
atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:
Düşdü üzüyümün qaşı,
Olmamışdım mən heç naşı.
Olmamışdım mən heç naşı.
Sağ buraxdım qarabaşı,
Sağ buraxdım qarabaşı,
Çənlibeldə Eyvaz qaldı.
Çənlibeldə Eyvaz qaldı.</poem>

Bu sözdən Aypara bir şey başa düşmədi.
Xəbər aldı ki: – Nə olub?
Bu sözdən Aypara bir şey başa düşmədi. Xəbər aldı ki: – Nə olub?

Koroğlu dedi:
Koroğlu dedi:
Nə təmizdi üzü ayın,
<poem>Nə təmizdi üzü ayın,
Yoxdu Rum elində tayın,
Yoxdu Rum elində tayın,
Sənəm çıxdı bizə xayın,
Sənəm çıxdı bizə xayın,
Dörd yanımı düşmən aldı.
Dörd yanımı düşmən aldı.</poem>
Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki,
Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:

Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:
– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə
– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə üçün satıb.

üçün satıb.
Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.
Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.

Aypara dedi:
Aypara dedi:

– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasızşavasız
– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasız şavasız buradan qurtarım.
buradan qurtarım.

Koroğlu dedi:
Koroğlu dedi:

– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam.
– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam.
Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım

Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı.
Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı. Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun, sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın qoşununa sarı.
Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun,

sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın
eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu
səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın
qoşununa sarı.
Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?
Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?

Koroğlu dedi:
Koroğlu dedi:

– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş
yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.
– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.

Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub
Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın
dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun
qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.
qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub

atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən
itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın
qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə
Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.
Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:
Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:

– At quyuya!
– At quyuya!

Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir
quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın
Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın yanına. Oturub keyfə başladılar.

yanına. Oturub keyfə başladılar.
Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir kisə qızıl verəcəyəm. Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu olmuşdu.
Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı

götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub
Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun
dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın
ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir
kisə qızıl verəcəyəm.
Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu
olmuşdu.
Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:
Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:

– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu
bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan
– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun dalısıycan.

xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun
Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər. Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar. Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl verəcək. Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki, harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.
dalısıycan. Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər.

Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar.
İndi xəbər verək Koroğludan. Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb
Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa
diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl

verəcək.
Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki,
harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.
İndi xəbər verək Koroğludan.
Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis
yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri
yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz
qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki,
ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb
diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda
gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:
– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.
– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.

Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm
Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən. Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:
qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna
<poem>Dərələrdə ucalıbdı bol qamış,
sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi
ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm
kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb
gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən
bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını
bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört
tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən.
Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:
Dərələrdə ucalıbdı bol qamış,
Qamışı qırmağa gəlibdi camış,
Qamışı qırmağa gəlibdi camış,
Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,
Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,
Oyan, qollarımı Sənəm bağladı.
Oyan, qollarımı Sənəm bağladı.</poem>
Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində
Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi:
<poem>Düşman gəlib dörd tərəfim haxladı,
baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın,
gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi:
Düşman gəlib dörd tərəfim haxladı,
Koroğlunun ürəyini dağladı.
Koroğlunun ürəyini dağladı.
Bu məclisdə Koroğludu ağladı,
Bu məclisdə Koroğludu ağladı,
Ayıl, qollarımı Sənəm bağladı.
Ayıl, qollarımı Sənəm bağladı</poem>.
Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı. Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər. Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki, Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı. Koroğlunu gətirib bir dərin quyuya saldılar.
Koroğlu dartınıb qollarını açdı, oğlunun qoluna bir bazu bənd bağladı.

Sənəm Aypara xanımı, Koroğlunu, bir də uşağı götürüb qatdı
Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi, həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaqqal səsi eşidir, çıxıb üz qoyur səsə tərəf. Gəlib bir daşın dibində ay yarımlıq bir oğlan uşağı tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı. Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə saxlayır. Qarı itdən şəklənir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Başlayır uşağı saxlamağa. Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çatmışdılar İstanbula. Qıratda bir xasiyyət vardı ki, Koroğlu hansı dəlikli daşda olsaydı iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra özünü yetirdi bir quyunun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki, Koroğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi:
qoşunun qabağına. Üz qoydular Xəlil paşanın imarətinə sarı. Sənəmgil

yolda Koroğlunun uşağını bir daşın dibinə qoyub çıxıb getdilər.
Xəlil paşaya xəbər çatdı ki, Koroğlu tutulubdu. Paşa əmr elədi ki,
Koroğlunu aparıb salsınlar quyuya. Qızı Ayparanı da zindana saldırdı.
Koroğlunu gətirib bir dərin quyuya saldılar.
Sizə xəbər verək bir qarıdan. Yaxınlarda bir qarı özünə ev tikmişdi,
həyətində toyuq-cücə saxlamaqla məşğul olurdu. Qarının bir iti
var idi. İt təzəcə doğmuşdu. İt bir gün bir çaqqal səsi eşidir, çıxıb üz
qoyur səsə tərəf. Gəlib bir daşın dibində ay yarımlıq bir oğlan uşağı
tapır. İtin uşağa yazığı gəlir. İstəyir onu aparsın, görür ki, uşaq acdı.
Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə
saxlayır. Qarı itdən şəklənir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır
həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu
əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Başlayır uşağı saxlamağa.
Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çatmışdılar İstanbula.
Qıratda bir xasiyyət vardı ki, Koroğlu hansı dəlikli daşda olsaydı
iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib
özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra
özünü yetirdi bir quyunun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki,
Koroğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi:
– Kəmənd atın.
– Kəmənd atın.

Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu:
Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu:
Dəlilərlə barışanda Koroğlu,
<poem>Dəlilərlə barışanda Koroğlu,
Yedirdər onlara nabatnan noğlu,
Yedirdər onlara nabatnan noğlu,
Səhərsi kəsdirər yüz əlli toğlu,
Səhərsi kəsdirər yüz əlli toğlu,
Ayparam qalıbdı düşmən əlində.
Ayparam qalıbdı düşmən əlində.

Səməndin qolunda qızıl bazubənd,
Səməndin qolunda qızıl bazubənd,
Xəlil paşa bürcdən asılsın gərək.
Xəlil paşa bürcdən asılsın gərək.
Qıymayın əldə qala bir aylıq Səmənd,
Qıymayın əldə qala bir aylıq Səmənd,
Ayparam qalıbdı düşmən əlində.
Ayparam qalıbdı düşmən əlində.

Hindidən Rumatək salaram soraq,
Hindidən Rumatək salaram soraq,
Dəlilərim olur Qırat tək qovraq,
Dəlilərim olur Qırat tək qovraq,
Yıxıban Xəlili bu eldən qovaq
Yıxıban Xəlili bu eldən qovaq
Ayparam qalıbdı düşmən əlində.
Ayparam qalıbdı düşmən əlində.
</poem>
Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə,
Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə, dəlilərə dedi:
dəlilərə dedi:

– Gəlin dalımcan.
– Gəlin dalımcan.

Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu
vardı, hamısını qırıb-çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən
Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu vardı, hamısını qırıb-çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən öldürüb əmr verdi ki, Səməndi tapsınlar. Özü də Ayparanı axtarmağa getdi.

öldürüb əmr verdi ki, Səməndi tapsınlar. Özü də Ayparanı axtarmağa
Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Koroğlu Səməndi xəbər aldı. Aypara xanım ağladı. Koroğlu bildi ki, Səmənd yox olub, çox heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi də tapa bilmədilər. Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun.
getdi.
Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Koroğlu Səməndi
xəbər aldı.
Aypara xanım ağladı. Koroğlu bildi ki, Səmənd yox olub, çox
heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi də tapa bilmədilər.
Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə
üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun.</poem>

[[Kateqoriya:Koroğlu dastanı|*013]]
[[Kateqoriya:Koroğlu dastanı|*013]]

12:19, 16 iyun 2020 versiyası

Koroğluynan Ərəb Reyhan Koroğlu dastanı. Koroğluynan Aypara
Müəllif: Koroğlu
Koroğlunun Bayazid səfəri

Koroğlu oturub mağarada dəlilərdən küsmüşdü. Bu tərəfdən də Eyvazı gözləyirdi ki, Eyvaz gələ. Eyvaz gəlib çıxmadı. Koroğlu çox darıxıb durub gəldi Qıratın yanına, sazını kök eləyib görək nə dedi:

Qurban olum qara telə,
Eyvazı yolladım gələ,
Al yanağı döndü gülə,
Qoçum Eyvazım gəlmədi.

Havalarda uçan durna,
Qanadları burma-burma,
Həm dəf çaldım, həm də zurna,
Qoçum Eyvazım gəlmədi.

Göy üzündə vardı ulduz,
Hər dəlimə aldım bir qız,
İstər gəlin, istərsə qız
Qoçum Eyvazım gəlmədi.

Gedibən halallaşmadı,
Dedim getmə, barışmadı,
Qoç içinə qarışmadı,
Qoçum Eyvazım gəlmədi.

Gedin deyin o cavana,
Gül çiçəyi qıydı cana,
Nöş gəlmədin sən bu yana,
Qoçum Eyvazım gəlmədi.

Qoçum, Eyvaz, qoçum, Eyvaz,
Getdin, könül oldu nasaz,
Divandasan mənə sən yaz,
Qoçum Eyvazım gəlmədi.

Koroğlu ağlayırdı. Elə bu dəmdə Eyvaz özün Koroğluya yetirdi. Koroğlu qolunu saldı Eyvazın boynuna, öpüşdülər. Səhəri gün Koroğlu Qıratı Eyvaza tapşırıb aşıq paltarı geydi, sazını qoltuğuna vurub çıxıb getdi. Koroğlu bir neçə mənzil yol gedib, gəlib çatdı İstanbul şəhərinə.

İndi gəlin xəbəri İstanbul paşasının qızı Aypara xanımnan verim. Aypara xanım əmisi oğlu Osmana adaxlı idi. Aypara bilirdi ki, atası Xəlil paşaynan Koroğlunun arası yoxdu. Aypara xanım eşitmişdi ki, Koroğlu çox şücaətli adamdı. Pis məqamda olsa da düşmənə boyun əyən deyil. O, çox tələsirdi ki, Koroğlunu görə. Bir gün Aypara eyvanda gəzinirdi, bu dəmdə Koroğlu aşıq paltarında gəlib eyvanın qabağından keçdi. Aypara xanım gördü ki, eyvanın qabağından keçən oğlan çox gözəl, möhkəm adama oxşayır.

Ayparanın qulluqçusu dedi:

– Xanım, bu Koroğludu!

Aypara xanım dedi:

– Koroğlu atamın qorxusunnan bu tərəflərə gəlib çıxmaz.

Qulluqçusuynan xanımın sözü çəp düşdü.

Aypara xanım dedi:

– İndi ki belədi, get çağır onu, görək kimdi?

Qulluqçunun adı Sənəmdi. Aşağı düşüb Koroğlunu çağırdı. Koroğlu gəlib dayandı eyvanın qabağında, gördü ki, iki qız yan-yana durub, birbirindən gözəl. Aypara xanım xəbər aldı ki, kimsən? Koroğlu sazını sinəsinə basıb dedi:

Birisinin ayağında məsti var,
Birisinin can almağa qəsti var,
Koroğlunun bu yerlərdə əsri var,
Koroğluyam, gəldim mən bac almağa.

Sənəm Aypara xanıma dedi:

– Gördün Koroğludu!

Aypara xanım saçın saz eləyib görək nə dedi:

Koroğlu gəzdirir qolunda laçın,
Sədası gələndə düşmənnər, qaçın,
Görməmişəm doqquz hörük mən saçın
Hanı Qıratın, gəldin bac almağa!

Koroğlu:

Koroğlu küsəndə meydan eliyir,
Buraxıb Qıratın sazın köklüyür,
Dəliləri Çənlibeldə bəsliyir,
Koroğluyam, gəldim mən bac almağa!

Aypara xanım dedi:

– Sən Koroğlu deyilsən. Əgər Koroğlusansa de görüm onun ən yaxın dəliləri kimlərdi?

Cavabında Koroğlu dedi:

Bir dəlim vardı ki, adıdı Eyvaz,
Sağında, solunda düşməni saymaz.
Uzağa getsə də o mənsiz durmaz,
Koroğluyam, gəldim mən bac almağa.

Aypara xanım Eyvazın adını eşidib yəqin etdi ki, Koroğludu. Bu tərəfdən də Koroğlu hörüyünü Ayparaya görsətdi. Aypara xanım Koroğlunu tanıyıb, əmisi oğlu Osmanın məhəbbətini ürəyindən çıxartdı. Bir könüldən min könülə vurulub özünü ona nişan verdi:

Adımdı Aypara, nəslim duduman,
Yaşıl çimən, axar sular, şux orman,
Atam Xəlil paşa, adaxlım Osman
Hayıfsan, ay oğlan, görəllər səni

.

Koroğlu:

Adındı Aypara, nəslin duduman,
Ay qız, sənin adaxlındı Osman,
Mən gəlmişəm alım burda qana-qan,
Verib mənə nişan dəlilər səni.

Aypara:

Dəlilərin nolur burda olaydı,
El-obanı çalıb-çapıb soyaydı,
Ayparaynan baş yastığa qoyaydı,
Heyifsən, ay oğlan görərlər səni.

Koroğlu bir az da irəli gəlib Aypara xanımı təpədən dırnağa kimi süzdü, sazı döşünə basıb görək nə dedi:

Mən gedəndə burda tikdirdim qala,
Koroğlu dönübdü bu bürcü ala,
Koroğlu boynuna qulac qol sala,
Nişan verib mənə dəlilər səni.

Koroğlu sözünü tamam elədi. Eyvana çıxıb Aypara xanımla qolqola verib girdilər otağa. Koroğlu burda bir neçə gün qalıb Ayparaynan keyf çəkməkdə olsun, sizə deyim Sənəmdən.

Sənəmin də gözü Koroğluya düşmüşdü. Bir gün girəvə tapıb təklikdə Koroğluya dedi:

– Gəl baş yastıq olaq. Koroğlu iki barmağıynan Sənəmin ağzından bir sillə vurdu. Sənəmin ağzı, burnu qanla doldu. Sənəm gəlib bulağa əl-üzünü yudu, tez özünü yetirdi Osmanın yanına. Çatcağın ona dedi:

– Bəylik taxtın yıxılıb; anan qara geysin, nə durmusan. Aypara Koroğluya aşiq olub. Bu saat onun yanındadı.

Osmanın əhvalı dəyişdi. O, bir tərəfdən qorxuya düşdü, o biri tərəfdən də qeyrət hissi onu boğdu. Osman at minib, qoşun götürüb Koroğlunun üstünə yeridi.

İndi eşit Ayparaynan Koroğludan. Koroğluynan Aypara xanım oturmuşdular eyvanda. Çay içib söhbət eləyirdilər. Birdən Koroğlunun gözü sataşdı yola, gördü ki, Osman atdılarnan ona sarı gəlir. Tez sazı döşünə basıb dedi:

Düşdü üzüyümün qaşı,
Olmamışdım mən heç naşı.
Sağ buraxdım qarabaşı,
Çənlibeldə Eyvaz qaldı.

Bu sözdən Aypara bir şey başa düşmədi. Xəbər aldı ki: – Nə olub?

Koroğlu dedi:

Nə təmizdi üzü ayın,
Yoxdu Rum elində tayın,
Sənəm çıxdı bizə xayın,
Dörd yanımı düşmən aldı.

Aypara bu sözü eşidən kimi Koroğlu baxan tərəfə baxıb gördü ki, Osman qoşunnan gəlir. Üzün tutub Koroğluya dedi:

– Doğrudu, gəlirlər. Amma məəttəl qalmışam ki, Sənəm bizi nə üçün satıb.

Koroğlu Sənəmnən olan əhvalatı Ayparaya danışdı.

Aypara dedi:

– İndi ki, məni bu qədər sevib vəfalı çıxıbsan, gəl mən səni davasız şavasız buradan qurtarım.

Koroğlu dedi:

– Mən gərək meydanda cövlan vuram. Osmana qan ağladam.

Aypara xanım yalvarıb qoymadı. Durub gəldilər evə. Aypara xanım Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı. Koroğlu arvad paltarında çıxıb yolun bir tərəfində gizlənməkdə olsun, sizə deyim Osmandan. Osmangil bu tərəfdən gəlib çatdılar Ayparanın eyvanının qabağına. Eyvanı dövrəyə alıb dayanmışdılar ki, Koroğlu səsinin nazik yerinə salıb qışqıra-qışqıra atılıb üz qoydu Osmanın qoşununa sarı.

Osman xəbər aldı ki, ay qarı, nə üçün qışqırırsan?

Koroğlu dedi:

– Necə qışqırmayım, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi Xəlil paşanın evini alt-üst elədilər.

Koroğlu bunu deyib gözdən itdi, dərəyə çəkilib əlini belinə qoyub dayandı. Osman əmr verdi ki, qoşun əmisinə köməyə qayıtsın. Qoşun qayıdanda əl atıb atdarın birinin cilovuna, çəkdi dərəyə. Atdını boğub atını aldı. Qılıncını bağlayıb belinə, gözlədi. Bu tərəfdən qoşun gözdən itib getdi. O biri tərəfdən də tək qalan Osman özünü yetirdi Ayparanın qapısına. Qapını döydü. Aypara xanım qapını açmadı. Bu dəmdə Koroğlu Osmana özünü yetirdi. Osmanın qolun bağlayıb atdı bir yana.

Aypara xanım eyvandan baxırdı. Bunu görüb Koroğluya dedi:

– At quyuya!

Koroğlu Osmanı yernən sürüyə-sürüyə götürüb saldı dərin bir quyuya. Ağzına da bir dəyirman daşı çevirib çıxıb getdi Ayparanın yanına. Oturub keyfə başladılar.

Dəlilər Koroğlunun yadından çıxmışdı. Koroğlu ikinci gün Ayparanı götürüb keçdi başqa bir yerə. Xəlil paşa işdən xəbərdar olub Koroğlunun dalısıncan adam saldı. Bu tərəfdən də Sənəm Koroğlunun dalısıncan gəzirdi. Koroğluynan Ayparanı tapa bilmədilər. Xəlil paşanın ovqatı təlx olub elan verdirdi ki, kim Koroğlunun yerini desə bir kisə qızıl verəcəyəm. Koroğlu dəlilərdən düz bir ildi ki, ayrılmışdı. Ayparadan bir oğlu olmuşdu.

Dəlilər çox gözlədilər. Doqquz ay başa çatandan sonra Eyvaz dedi:

– Dəlilər, gərək gedək Koroğlunun dalısıycan. Çünki Koroğlu bizdən çox ayrı düşsəydi bir ay düşərdi. Amma doqquz aydı ki, ondan xəbər yoxdu. Gəlin üç aylıq yolu bir aya başa vurub gedək Koroğlunun dalısıycan.

Dəlilər razı olub Qıratı da özləriynən götürüb getdilər. Dəlilər oba-oba, şəhər-şəhər gəzib Koroğlunu axtarırdılar. Dəlilər gəzməkdə olsun, xəbər verək Xəlil paşadan. Xəlil paşa elan verdirmişdi ki, kim Koroğlunun yerini bilib desə bir kisə qızıl verəcək. Sənəm Koroğlunun əlindən yanıqlıydı. Özlüyündə and içdi ki, harda olsa Koroğlunu tapacam. Düşüb oba-oba onu gəzdi.

İndi xəbər verək Koroğludan. Koroğluda bir xasiyyət vardı, həmişə işi bərkə düşəndə, ya pis yuxu görəndə çıxıb hündür bir yerdə namaz qılardı. Koroğlu dəliləri yuxuda görüb, əhvalı bir az dəyişmişdi. Qalaçanın təpəsinə çıxıb namaz qılırdı. Sənəm də el-obanı gəzib gəlib çıxmışdı bura. Birdən gördü ki, ucadan səs gəlir. Sənəm yeridi irəli, gəlib yetişdi qalaçaya, baxıb diqqət etdi ki, Koroğlu burdadı. Ayparanın da qucağında uşaq eyvanda gəzişir. Tez özünü Xəlil paşaya yetirib dedi:

– Koroğlunun yerini tapmışam. Qızın Aypara xanım da onun yanındadı.

Xəlil paşa əmr verdi ki, qoşun hazır olsun. Qoşun hazır oldu. Sənəm qoşunu birbaş götürüb çıxartdı Koroğlu olan yerə. Sənəm qoşuna sərkərdəlik edib qoşunu dağın döşündə gizlətdi. Gecədən xeyli keçmişdi ki, Sənəm qoşunu götürüb gəldi Koroğlunun qalaçasına. Sənəm kəmənd atıb düşdü həyətə. Qapını açıb qoşunu çəkdi içəri. Eyvana çıxıb gördü ki, Koroğlu Aypara xanımnan yatıb. Uşağı da qoyublar özlərindən bir az aralı. Əmr verib tez Koroğlunun, Ayparanın əl-ayağını bağlatdı. Bir vədə Koroğlu uşağın səsinə ayılıb gördü ki, düşmən dört tərəfi alıb. Burda bir qapa qapdı ki, gəl görəsən. Koroğlu bir uşağa, bir də Ayparaya baxıb dedi:

Dərələrdə ucalıbdı bol qamış,
Qamışı qırmağa gəlibdi camış,
Biz yatmışıq, Sənəm çoxdan oyaqmış,
Oyan, qollarımı Sənəm bağladı.

Aypara xanım səs ayıldı. Amma yuxuluydu. Oturub yerinin içində baxırdı, bilmirdi ki, nə olub. İstədi gözlərini ova ki, yuxusu qaçsın, gördü qolları bağladı. Koroğlu alıb dübarə dedi:

Düşman gəlib dörd tərəfim haxladı,
Koroğlunun ürəyini dağladı.
Bu məclisdə Koroğludu ağladı,
Ayıl, qollarımı Sənəm bağladı