Müəllif:Əliağa Vahid: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 35: Sətir 35:
Vahid, hələ qarşında böyük bir gələcək var,
Vahid, hələ qarşında böyük bir gələcək var,
Dünya bizə ləzzət verəcək cənnət olanda!
Dünya bizə ləzzət verəcək cənnət olanda!

* * *
Mən sevgilim eşqində gərək bülbül olaydım
Mərmər sinən üstündə qızıl bir gül olaydım

Zülfüntək uzandıqca öpəydim ayağından
Sən seyrə çıxan yerdə dönüb sünbül olaydım

Əmdikcə o gül ləblərini nəşələnəydim
Sərməst gözüntək gecə-gündüz lül olaydım

Əğyar ilə hər gün səni bir yerdə görüncə
Hicran oduna kaş yanardım kül olaydım

Vahid mənə çoxdan bu can ağırlıq edirdi
Ey kaş onuda yarə verib yüngül olaydım


== Tərcümələri ==
== Tərcümələri ==

18:16, 25 yanvar 2021 tarixindəki versiya

V hərfi ilə müəlliflər Əliağa Vahid
(1895–1965)
Sister Projects. Həmçinin baxın: Bioqrafiyası • Şəkilləri • qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (17 iyun 1943), Azərbaycanın ilk Dövlət Mükafatı laureatı.
Əliağa Vahid


Qəzəllər

Dindir məni hərdən, gözəlim fürsət olanda, Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör, məni zülfün nə pərişanlığa saldı, Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm, Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda.

Biganə əgər olmasa, tez vəslə yeyərdik, Kim xeyir görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan, Aləm toxunar bir-birinə zülmət olanda.

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun, Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid, hələ qarşında böyük bir gələcək var, Dünya bizə ləzzət verəcək cənnət olanda!

         * * *

Mən sevgilim eşqində gərək bülbül olaydım Mərmər sinən üstündə qızıl bir gül olaydım

Zülfüntək uzandıqca öpəydim ayağından Sən seyrə çıxan yerdə dönüb sünbül olaydım

Əmdikcə o gül ləblərini nəşələnəydim Sərməst gözüntək gecə-gündüz lül olaydım

Əğyar ilə hər gün səni bir yerdə görüncə Hicran oduna kaş yanardım kül olaydım

Vahid mənə çoxdan bu can ağırlıq edirdi Ey kaş onuda yarə verib yüngül olaydım

Tərcümələri