Sevgili canan: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
76222 dəyişikliyi 91.242.23.204 (Müzakirə) tərəfindən geri alındı.
Teq: Geri qaytarma
Sətir 13: Sətir 13:
<poem>
<poem>
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə sayan
Olmuş bütün aləmdə sənin şəninə şayan


Gəl eylə inayət, mənə ver busə ləbindən,
Gəl eylə inayət, mənə ver busə ləbindən,

20:48, 31 yanvar 2021 tarixindəki versiya

Sevgili canan
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Mirvarid Dilbazi

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki, "könül hardadır" aldım bu cavabı.
"Heç sorma, tapılmaz onu axtarsa da insan".

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-taban?

Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?