Al bayrağa: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Kateqoriya:Şeirlər əlavə olundu HotCat
 
Sətir 46: Sətir 46:
Ən sevdalı bir qızı!..
Ən sevdalı bir qızı!..
</poem>
</poem>

[[Kateqoriya:Şeirlər]]

Səhifəsinin 09:07, 23 fevral 2021 tarixinə olan son versiyası

Al bayrağa
Müəllif: Əhməd Cavad

Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə, neyçün böylə al!?

Hakim olub bir toprağa,
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?

Bu bənzəyiş nədən gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!

Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!

Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!

Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..