Yatmış uşaq (V.Hüqo): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
 
Sətir 38: Sətir 38:


Ya ki, döşünə o tifli salsın.
Ya ki, döşünə o tifli salsın.

[[Kateqoriya:Tərcümələr]]

Səhifəsinin 06:13, 15 aprel 2021 tarixinə olan son versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yatmış uşaq
Müəllif: Viktor Hüqo
Tərcümə edən: Abbas Səhhət


Bir körpə uşaq beşikdə yatmış,

Rahət əl-ayaqların uzatmış,

Dünya üzünə gözün qapatmış,

Əflaka tərəf nəzarət eylər,

Cənnətdə gəzib səyahət eylər.


Başşaş oturub yanında madər,

Hərdən beşiyi əl ilə yellər,

Gah layla deyər, öpər, gah iylər,

İstər başına durub dolansın,

Qıymaz uşaq uyqudan oyansın.


Məsum uşağın bu halətindən,

Madər sevinir bəşaşətindən,

Qəlbi döyünər məhəbbətindən,

Bilməz ki, dili ilə layla çalsın,

Ya ki, döşünə o tifli salsın.