Bənzərsən (Aşıq Alı): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 188.253.234.169 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Eminn tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Sətir 34: Sətir 34:
</poem>
</poem>


[[Kateqoriya:Qoşma]]
[[Kateqoriya:Qoşmalar]]

06:16, 15 aprel 2021 versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bənzərsən
Müəllif: Aşıq Alı
Mənbə: Araz Yaquboğlu, "Daşkənd və daşkəndlilər", Bakı, "Hərbi Nəşriyyat", 2012.

Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən olmaz abi-kövsər suyunu,
Bulaq, bizim bulaqlara bənzərsən.

Cənnət olub bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı,
Oylaq, bizim oylaqlara bənzərsən.

Ket Dağı, Əyricə, Daşkənd baxarı,
Ağ sürülər, Sarıyaldan yuxarı,
Var bizim suların əcəb axarı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.

Alının gəzdiyi üç gözəl dərə,
Şeqaiq, Çiçəkli, xoş Cözəldərə,
Şahdağdan görünür Başgözəldərə,
Uç dağ bizim, o dağlara bənzərsən,