Qız məktəbində: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 5.197.218.144 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Araz Yaquboglu tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
 
Sətir 36: Sətir 36:
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Anam, babam, müəlliməm, bir də bütün insanlar...
</poem>
</poem>

[[Kateqoriya:XX əsrin şeirləri]]
[[Kateqoriya:Məktəb təhsili]]
[[Kateqoriya:Qadın]]

Səhifəsinin 00:07, 21 may 2021 tarixinə olan son versiyası

Qız məktəbində
Müəllif: Hüseyn Cavid


— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...