İki dana: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Kateqoriya:Şeirlər əlavə olundu HotCat
 
Sətir 31: Sətir 31:
Sən niyə dedin ertədir?
Sən niyə dedin ertədir?
</poem>
</poem>

[[Kateqoriya:Şeirlər]]

Səhifəsinin 14:38, 11 avqust 2021 tarixinə olan son versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İki dana
Müəllif: Abbas Səhhət

Getmişdi bir cüt dana,
Otlamağa bir yana.
Naxırdan ayrıldılar,
Bir dərədə qaldılar.
Axşam olanda biri,
İstədi dönsün geri,
Yoldaşın dümsüklədi,
Bu cür ona söylədi:
- Ay dana, dana, dur gedək,
Qarnını doldur gedək,
Yoldaşı verdi cavab:
- Etmə, canım, iztirab,
Tələsmə çox, ertədir.
Eşitdikdə bu sözü
Kəndə qayıtdı özü.
O birsi orda yatdı,
Qurd da gəlib dağıtdı.
Yoldaşı gəldi səhər,
Ta ondan tutsun xəbər.
Gördü ki, o can verir,
Rəhmi gəlib dindirir:
- Ay dana, dana, dartadır.
- Dindirmə, dərdim artadır.
- Mən sənə dedim gəl gedək,
Sən niyə dedin ertədir?