Ey bivəfa, qoyubsan əcəb qalə təkjnəni: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 212.47.138.76 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq 5.178.12.84 tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teq: Geri qaytarma
 
Sətir 33: Sətir 33:
</poem>
</poem>


[[Kateqoriya:Qoşmalar]]]
[[Kateqoriya:Qoşmalar]]

Səhifəsinin 21:30, 31 avqust 2021 tarixinə olan son versiyası

Ey bivəfa, qoyubsan əcəb qalə tək məni
Müəllif: Mir Möhsün Nəvvab
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,
Hicran odun əhatə edib halətək məni.

Bilməm, nə etmişəm sənə zalim, nə zülmdür,
Etdin kəbab atəşi-çüvvalətək məni.

Allah rizası etməginən xar eşqdə,
Aşiqlər içrə dağlama sən lalətək məni.

Bir ləhzə gər üzülsə əlim qürbi-vəslidən,
Eylə yəqin ki, yandıru səd salətək məni.

Nəvvabı zarü zərd edib oxşatdı qəmlərin
Divari-qəmdə nəqş olan əşkalətək məni.