Vətən (Abbas Səhhət): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
k 85.132.98.62 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Araz Yaquboglu tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 38: Sətir 38:


Vətənin sevməyən insan olmaz,
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!
Olsa o şəxsdə vicdan olmaz!
</poem>
</poem>
[[Kateqoriya:XX əsrin şeirləri]]
[[Kateqoriya:XX əsrin şeirləri]]

17:41, 6 yanvar 2022 versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vətən
Müəllif: Abbas Səhhət

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa o şəxsdə vicdan olmaz!