Mən (Aşıq Nəcəf): Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
 
Sətir 2: Sətir 2:
{{Başlıq
{{Başlıq
| başlıq = Mən
| başlıq = Mən
| müəllif = Aşıq Nəcəf
| müəllif = Aşıq Nəcəf Daşkəndli
| keçidsiz müəllif =
| keçidsiz müəllif =
| tərcüməçi =
| tərcüməçi =

Səhifəsinin 08:45, 25 yanvar 2022 tarixinə olan son versiyası

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mən
Müəllif: Aşıq Nəcəf Daşkəndli
Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.18

Gecə də, gündüz də yalvarışdayam,
Tutmuşam Tanrının ətəyindən mən.
Hay verən tapılmır, hey püfləyirəm,
Hələ ki, düzlüyün tütəyindən mən.

Hayıf, nadan üçün tökdüm göz yaşı,
Bedasıl yolunda ağartdım başı.
Ayıra bilmədim qohum-qardaşı,
Şər-böhtan, kin-küdrət ətəyindən mən.

Nəcəf çox sınadı mənəm deyəni,
Hey yıxılan gördüm özün öyəni.
Nadan qamçısıyla döysə yüz məni,
Ayrılmaram haqqın pətəyindən mən.