Sənin əslin ağacdandır: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
 
Sətir 33: Sətir 33:
[[Kateqoriya:Gəraylılar]]
[[Kateqoriya:Gəraylılar]]
[[Kateqoriya:XVII əsrin şeirləri]]
[[Kateqoriya:XVII əsrin şeirləri]]
[[Kateqoriya:Oxşar şeirlər]]

Səhifəsinin 17:50, 7 fevral 2022 tarixinə olan son versiyası

Sənin əslin ağacdandır (XVII əsr)
Müəllif: Qaracaoğlan

Sazım, mənlə danışmırsan,
Sənin əslin ağacdandır.
Ağac dedim, bikef olma,
Çox əsnaflar ağacdandır.

Çağırın, gəlsin aşığı,
Salsın elə nur - işığı.
Həsən - Hüseynin beşiyi,
O da ki var ağacdandır.

Qaracaoğlan batıb yasa,
Qulluq eylər o ixlasa,
Musanın əlində əsa,
O da ki var, ağacdandır.