Bir nəfər dosta: Redaktələr arasındakı fərq

Vikimənbə saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '<poem>Əla, ey sərvəri-niku-xəsail- Ki, səndəndir fəxarət ruzigarə. Əla, ey sərvəri kim, seyti-fəzlin Yetib aləmdə gün tək iştiharə. Keçən gün tifli-çak...' ilə yarat
(Fərq yoxdur)

17:01, 20 yanvar 2011 tarixindəki versiya

Əla, ey sərvəri-niku-xəsail-
Ki, səndəndir fəxarət ruzigarə.
Əla, ey sərvəri kim, seyti-fəzlin
Yetib aləmdə gün tək iştiharə.
Keçən gün tifli-çakərzadə ilə-
Ki, həq vermiş onu məni dilfikarə,
Durub qəm kəsrətindən kuçə içrə,
Edirdik əcz ilə hər yan nəzarə,
Nümayan oldu nagəh bir cənazə,
Aparırlardı dəfn üçün məzarə.
Düşüb bir tifl dalınça o nəşin,
Edib qəmdən yaxasın parə-parə.
Açıb başın, töküb gülrəng yaşın,
Gəlib fəryadə manəndi-bəzarə.
Deyərdı nalə ilə key, babacan,
Aparırlar səni bir bəd diyarə:
Lihafın xiştü bəstər qarə torpaq,
Olur tömə vücudin murü marə.
Nə abü nə qida, nə şəmü şərbət,
Misali-bəxti-əhli-şer qarə.
Bu halı tifli-çakərzadə görcək,
Gəlib fəryadə düşdü ahü zarə-
Ki, vaveyla, məgər ağa, bu nəşi
Qoyacaqlar bizim evdə məzarə?
Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,
Bu gunə sözləri eylə kənarə. Dedi:-
Bu vəsflər kim, söylər ol tifl.
Bizim ev halətin gətdi şümarə-
Ki, nə abü ğiza, nə şəmü şərbət,
Çəkibdi fəqr odu onda şərarə.
Həqiqət hal, ey fəxri-zəmanə,
Bu halətdir nihanü aşikarə.
Əgər bundan ziyadə kəşf qılsam,
Düşər od xirməni-səbrü qərarə.
Ümidi-Seyyid oldur bu məlalə-
Ki, etsin himmətin lütf ilə çarə.
Behəqqi - Seyyidi -ruzi-qiyamət-
Ki, şafedir hami xürdü kibarə.
Nə xahiş eyləsən, olsun müyəssər,
Yetişsin şövkəti ruzi-şümarə.