Yüzündə al niqabın, sal yerə, gül şərmsar olsun
Görünüş
| Qəzəl 18 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yüzündən al niqabın, sal yerə, gül şərmsar olsun,
Gülüstan içrə güllər həsrətindən xar-zar olsun.
Könül mürğü pərişan zülfara hiç olmadı iymən,
Mənim könlüm kimi, ya Rəb, o zülfü biqərar olsun.
Rəqibi-rusiyəh qıldı məni məhrum vəslindən,
Rəqibin xanəsi zülfün teli tək tarü mar olsun.
Qənimət bil bahar əyyamını, ey dil, fəğan eylə,
Vəfa yoxdur bu ömrə, il dolansın, novbahar olsun.
Soruşdum əhli-dildən aşiq-məşuq əhvalın,
Dedilər olmayıb aləmdə aşiq bəxtiyar olsun.
Əcəl peyki giribanım tutub canım alan vəqtə,
Rəqəm qıldım bu şeiri mən cahanda yadigar olsun.
Dəxi nəzm eyləmə, ey Sağəri, şe’rü qəzəl bəsdir,
Cahan əhlinə sirrin, qorxuram ki, aşikar olsun.