Məzmuna keç

Yadıma sən düşəndə

Vikimənbə saytından
Yadıma sən düşəndə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Dağlara çən düşəndə
Sünbülə dən düşəndə
Ruhum bədəndə oynar,
Yadıma sən düşəndə.

Bu qala daşlı qala,
Cınqıllı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala.

Qızıl gül olmayaydı
Saralıb solmayaydı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.

Bu qala daşlı qala,
Çınqıllı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala.