Məzmuna keç

Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq

Vikimənbə saytından
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Yanan eşq atəşinə qəm yeməz ol nardən artıq,
Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.

Mənə munca təvəhhüm çox verirsən ruzi-məhşərdən,
Qiyamət varmı, ey vaiz, fəraqi-yardən artıq?

Ayağım kəsməzəm laf ursa min səg yar kuyində,
Nə surət göstərir ol, surəti-əğyardən artıq.

Dirilmən dərdi-eşqü möhnəti-didarsız bir dəm,
Olardır həmdəmim firqətdə yüz qəmxardən artıq.

Vüsali-yardən gər müddəi yüz müddəa eylər,
Vidadi xəstənin könlündə yох didardən artıq.