Yanar cismim bu gün atəşlərə canü cigərdən çox
Görünüş
| Yanar cismim bu gün atəşlərə canü cigərdən çox Müəllif: Molla Vəli Vidadi |
| Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url) |
Yanar cismim bu gün atəşlərə canü cigərdən çox,
Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
Açılmaz taleim sübhü, olubdur tirə əyyamım,
Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox.
Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran,
Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox.
Demə, ey deyil, cahanda yох mənim tək dəhr pamalı,
Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox.
Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir,
Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox.