Yar əlimdən getdi mənim

Vikimənbə saytından
Yar əlimdən getdi mənim
Müəllif: Şirəkli Həsən
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014.

 
Ay ağalar, ay qazılar,
Yar əlimdən getdi mənim.
Yar vəslinə tamarzılar,
Yar əlimdən getdi mənim.

Özünün var idi meyli,
Mən Məcnundum, o da Leyli,
Gözündən tökərək seyli,
Yar əlimdən getdi mənim.

Aldandılar mala-pula,
Leylini verdilər dula.
Bu gecə saldılar yola,
Yar əlimdən getdi mənim.