Yar yuragüm, yar gör ki, nələr var
Görünüş
Yar yuragüm, yar gör ki, nələr var Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Yar yuragüm, yar gör ki, nələr var,
Bu xəlq içində bizə gülər var.
Qo gülən gülsün, Həqq bizüm olsun,
Ğafıl nə bilür Heqqi sevər var.
Bu yol uzaqdur, mənzili çoqdur,
Keçidi yoqdur, derin sular var.
Girdük bu yola eşqilə bilə,
Ğürbətlik elə bizi salar var.
Hər kim mərdanə, gəlsün meydanə,
Qalmasun cana, kimdə hünər var.
Yunus, sen bunda meydan istəmə,
Meydan içində mərdanələr var.