Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/51

Vikimənbə saytından
(Yavaş-yavaş (Ala gözlüm, halallaşaq ayrılaq, Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

TƏKİ

A beymürvət, cavan qəddim əyibsən,
Alıbsan canımı alası təki.
Qələm qaşın, ay qabağın, gül üzün
Açılıb dağların lalası təki.

Dal gərdənə həmayıllar taxıbsan,
Başa vəsmə, gözə sürmə yaxıbsan.
Müjgan oxun sinəm üstə çaxıbsan,
Alıbsan Xeybərin qalası təki...

Baxtımın qapısın bağlar qoyubsan,
Çəkib sinəm üstə dağlar qoyubsan.
Sən ki, Abdullanı ağlar qoyubsan,
Çəkirəm Kərəmin nalası təki.

YAVAŞ-YAVAŞ

Ala gözlüm, halallaşaq ayrılaq,
Yadıma düşübdü el yavaş-yavaş.
Can ayrılır, cəsəd qalır viranə,
Aç siyah zülfünü, yol yavaş-yavaş.

51