Bu səhifə korrektə edilib
Ağ üzə düşübdü siyah xalları,
Əcəb açılıbdı qönçə gülləri.
Sənətkar der: müşkü-ənbər telləri,
Töksün sədri üstə əfşan eyləsin.
YAVAŞ-YAVAŞ
Səhərdən bir gözəl oxladı məni,
Dağıldı üzünə tel yavaş-yavaş.
Dedim bir kərəm et, dərdimi deyim,
Qoymadı açmağa dil yavaş-yavaş.
Əllər incə, tellər incə, dil incə,
Canım çıxdı dəstinə gül verincə.
Cəfa çəkib belə gözəl görüncə,
Mən deyim halımı bil yavaş-yavaş.
Belə gözəl doğmuyubdu anası,
Dağlar maralıdı, çöllər ahusu.
Budur Abdullanın səndən arzusu,
Bir əyləş yanımda, gül yavaş-yavaş.
49