Yaxşıdı (Aşıq Hüseyn Bozalqanlı)
Jump to navigation
Jump to search
Yaxşıdı Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: Aşıq Hüseyn Bozalqanlı (az). "Ozan dünyası" jurnalı (2013). Orijinal mənbədən 2016-08-09 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-09. |
Əzəl bir adamla dostluq eyləsən,
Onu çəksən imtahana, yaxşıdı.
Baxdın, gördün, ilqarına kəc oldu,
Ona tapsan bir bəhanə, yaxşıdı.
Hər kimsə ki, olsa nütfədən halal,
Şirin ləhcə, xoş sədaqət, düz xəyal,
Anlaqlı, həm mərifətli, pürkamal,
Kimdə olsa bu nişanə, yaxşıdı.
Hüseynin sözləri aşikar olar,
Qanana nəsihət yadigar olar.
Çox gülüb danışan biilqar olar,
Əhdə ilqar hər insana yaxşıdı.