Yaxşıdır (Can qurban eyləsən, layiqdir, yenə)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yaxşıdır Müəllif: Xəstə Bayraməli |
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018 |
Can qurban eyləsən, layiqdir, yenə
O gözəl qədrini bilsə, yaxşıdır.
Dodaqları qönçə, yanağı lala,
Hər gün sənə qonaq gəlsə, yaxşıdır.
Bir mərmər sinəli, bir mina gərdən,
Sənlə ülfət qıla, otura hərdən,
Küsüb-barışmaqdan, nazdan, qəmzədən,
Şirin-şirin deyib-gülsə yaxşıdır.
Bivəfa əlində tez qocalınca,
Qədirbilməz ümidinə qalınca,
Bədəsil gözələ urcah olunca,
Xəstə Bayraməli ölsə, yaxşıdır.