Yazım mənim

Vikimənbə saytından
Yazım mənim
Müəllif: Şair Aydın
Mənbə: Qara Namazov. "Aşıqlar" (I kitab) (biblioqrafik məlumat), Bakı, "Səda", 2004. səh. 57-58.
Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

Ay qardaşlar nələr çəkdi,
Başım mənim, başım mənim.
Fələk atdı qürbət elə,
Daşım mənim, daşım mənim.

Qəm dəryası ləpələndi,
Köhnə dərdim təzələndi.
Diyar-diyar səpələndi,
Huşum mənim, huşum mənim.

Yazıq Aydın günahkardı,
O çəkdiyi ahu-zardı.
Yüz illərə barabardı,
Yazım mənim, yazım mənim.