Yenə. Nə mən olaydım, ilahi nə də bu aləm olaydı
| Nə mən olaydım, ilahi nə də bu aləm olaydı Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,
Nə də bu aləmara dil müqəyyədi-qəm olaydı.
Nə hicr atəşinə odlaşıb yanaydım mən,
Nə eşqin içrə könül bölə şadü xürrəm olaydı.
Nə sərv qəddin olaydı, nə heyrət ilə gözüm,
Nə ruzigari-fəraqında qamətim xəm olaydı.
Nə bəhr olaydı, nə ümman, nə böylə göz yaşı,
Nə gül üzündə, ilahi, bu növ şəbnəm olaydı.
Nə gül olaydı, nə gülzarü gülşənin seyri,
Nə xari-möhnəti-bülbül səninlə möhkəm olaydı.
Nə Misr olaydı, nə Kən’an, nə həzrəti-Yə’qub,
Nə kor olub qəmi-hicranda qərqi-matəm olaydı.
Nə çah olaydı, nə zindan, nə karvan güzəri,
Nə Yusifi bu bəladə görən bir adəm olaydı.
Nə bəzm olaydı, nə bazarü Yusif əhvalı,
Nə rəhgüzərdə Züleyxa onunla həmdəm olaydı.
Nə ah olaydı, nə əfsusü parə-parə könül,
Nə Natəvan həvası bu növ bərhəm olaydı.