Məzmuna keç

Yenə. OLmuşam dəhri-bəla içrə bu gün divanə mən

Vikimənbə saytından
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,

Varmadım meyxanaya, sındırmadım peymana mən.


Əhdlərdən keçmədim, peymanələr sındırmadım,

Lacərəm bimehrlər tək olmuşam əfsanə mən.


Tərki-gülzar etmişəm bülbül kimi mən, ey rəqib,

Aqibət bir guşə içrə gəlmişəm əfğana mən.


Eşqi-ruxsarında bir dəm vəsldə şad olmadım,

Hər tərəf seyr eylədim, düşdüm əcəb hicrana mən.


Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,

Hərçi cəhd etdim, nə hasil, yetmədim canana mən.


Duş gördüm kim, gəlibsən külbeyi-əhzanıma,

01 zaman nəzr eylədim canü dilim qurbana mən.


Görməyim düşvardır, billah, səni, ey rəqib,

Zülfə bağlı qoy gedim, axır düşüm zindana mən.


Dövrü dönmüş dövr dövran etmədi kamımca, ah,

Düşmənimdir, bilməzəm ki, netmişəm dövrana mən.


Yoxü varımdan mənim ancaq qalan bir can idi,

Natəvan, daxi nedim, sərf eyləyim mehmana mən.