Məzmuna keç

Yenə. O müjgani-siyəhnukin xədəngi-yarə bəmzətdim

Vikimənbə saytından
Yenə. O müjgani-siyəhnukin xədəngi-yarə bəmzətdim
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


O müjgani-siyəhnukin xədəngi-yarə bənzətdim,

Xətadır çeşmi-məsti ahuyi-tatarə bənzətdim.


Gözün mərdümləri sərməst olub, tökmək dilər qanım,

Düzübdür hər tərəf peykan, əcəb xunxarə bənzətdim.


Çəkilmiş guşəyə bülbül, fəğanü nalələr eylər,

Düşən gül üstə damə əndəlibi-zarə bənzətdim.


Tutub kəc gərdənin, hər ləhzə olmuş məhv nəzzarə,

Xəyali-yar ilə heyran baxan naçarə bənzətdim.


Görüb tərfı-bənaguşində çini-zülfı-mişkinin,

O gənci şayeqan üzrə yatan şahmarə bənzətdim.


Derdim ki, nədəndir Qeys olub divaneyi-aləm?

Cünun sərriştəsin ol türreyi-tərrarə bənzətdim.


Cəfayi-dəhrdən gördüm edirdi şikvə bir müztər,

Səsindən Natəvanü bidilü əfkarə bənzətdim.