Yenə. Yenə məxmur çeşmin hər mənə baxdıqca qan eylər
| Yenə məxmur çeşmin hər mənə baxdıqca qan eylər Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yenə məxmur çeşmin hər mənə baxdıqca qan eyi ər,
Tutubdur fitnə dünyanı, xəlayiq əl-əman eylər.
Xətadır, gər desəm o nərgisi-məstin xəta etmiş,
Yəqinimdir, əgər qan etmiş isə, qanə qan eylər.
Əgər qaşü gözün xişm ilə ima eyləsə bir dəm,
Könüldə fitnələr peyda olub,hər dəm fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm əfzundur,
Nə cadudur ki, hər dəm kəşfı-əsrari-nihan eylər?
Açıb mürği-dilim qonmuş səri-zülfı-pərişanə,
Bəla sərmənzilində, gör, nə qafil aşiyan eylər.
Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imani,
Hərami xeylini kim belə gəncə pasiban eylər?
Səba zülfün nəsimin gər aparsa vadiyi-Çinə,
Xütən səhrasını mişkin edib, ənbərfəşan eylər.
Rəqibi görməsin bir nişat, ya Rəb, cami-işrətdən,
Ki, məndən bisəbəb ol şux məsti sərgəran eylər.
Əgər qəhr aləminə gəlmiş olsa ol məhi-taban,
Nə etsə cana - minnət, çünki yari-mehriban eylər.
Derlər dərdi-eşqin adəm öldürməz, dürüstdür bu,
Və leykən ömrlər mən kimi zarü Natəvan eylər.