Məzmuna keç

Yenə. Zəmanə saldı əcəb möhnətü məlalə məni

Vikimənbə saytından
Zəmanə saldı əcəb möhnətü məlalə məni
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Zəmanə saldı əcəb möhnətü məlalə məni,

O mahrudən uzaq verdi qəm zəvalə məni.


Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli,

Ya tez bu canımı al, ya yetir vüsalə məni.


Sənə nə qədər dedim: Rəhm qıl mənə, getmə,

Gəl, indi gör ki, fəraqın salıb nə halə məni!


Nə vəqtədək qəmi-hicrində ahü zar çəkim?

Tərəhhüm eylə, gətir sən də xəyalə məni.


Kəsildi səbrü qərarım, fəraqə tabım yox,

Rəvadı təngə gətirsin bu ahü nalə məni?!


Alıbdı əqlimi şərdən, qərarımı dildən,

Edib bəlayə fələk, gör, necə həvalə məni.


Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım,

Fəraq oduna yaxıb, salmısan bu qalə məni.


Nə yaxşı günlər idi kim, səninlə munis idim,

Zəmanə indi edib sinədağ lalə məni.


Vüsalə yetməyibən zarü Natəvan qaldım,

Edib fələk niyə həsrət o məhcəmalə məni?