Yenə Katibin qəzəli
Görünüş
| Qəzəl 37 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Sənə mümkün deyil gülşəndə, bülbül, xarə yalvarmaq,
Mənə olmaz rəva əsla gedib əğyarə yalvarmaq.
Nə müşküldür şəbi-fırqətdə qalmaq, eyləmək əfğan,
Töküb qan-yaş dəmadəm, sabitü səyyarə yalvarmaq.
Görər pərvanə şəm’in, yanmaq istər aşiqi-sabit,
Nə hacət eşqdə sən arizi-gülnarə yalvarmaq?
Əgər huşyarsan, məxmur çeşmə baxma, ey bidil,
Neçün bimar olmaq, nərgisi-bimarə yalvarmaq?
Əbəs hər nakəsə can vermə, demə iltifat eylər,
Nə mürvətdir sərasər mimürüwət yarə yalvarmaq?
Könül, eşq içrə düşmə, çıxma yoldan Şeyx Sən’an tək,
Nə lazım meyli-tərsa eyləyib zünnarə yalvarmaq!
Yetişmək mətləbə istərsən, aya, Katibi-miskin,
Gərək ixlas ilə ol Heydəri-Kərrarə yalvarmaq.