Yenə asudə ikən uğradım bir şux zibayə
Yenə asudə ikən uğradım bir şux zibayə Müəllif: Məhəmməd bəy Aşiq |
Yenə asudə ikən uğradım bir şux zibayə,
Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Xəti sərkəş, xalı dilgəş, ruxi məhvəş, ləbi canbəxş,
Beli incə, teli afət, qəddi sərvi-dilarəyə.
Dişi gövhər, dili şəkkər, turunc ğənəbi pürbər,
Pəri tələt, mələk siyrət, müjə ox, qaşları yayə.
Üzü sahir, özü zahir, gözü can almağa mahir,
Görən bir baxışın verməz onun dünyavü üqbayə.
Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür,
Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə.
Baxanlar qamətindən rəmz anlarlar qiyamətdən,
Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə.
Yer üzündə durmadı, getdi, səmavatı məqam etdi,
Ləbi ecaz rəsmin göstərən dəmdə Məsihayə.
Belə məhbubi-bihəmtayə can nəqdin nisar etsəm,
Qəribə pürbəhayə sərfdir ömri-girənmayə.
Ləbi kövsər, dili şəkkər, üzi gülbərg tərdən tər,
Xəti hindu, gözü cadu, salıb yüz şur dünyayə.
Götürsə gün camalından bulud kimi qəra zülfün,
Sərasimə Züleyxa tək çıxar Yusif tamaşayə.
Dodağilə yanağın küfrdür, vallahi, bənzətmək
Ləbin ecazi-Isayə, yədin bəyzai-Musayə.
Qiyam eylər qiyamət qaməti-mövzuni baş çəksə.
Niqab açsa, verir xiclət üzü cənətdə hurayə.
Dodağından sorardım ağzının mən var-yox sirrin,
Bu nazik nüktəni sorma, düşər qan—dedi—ortayə.
Eşitməz naləmi, ol səngdil şuxə gücüm çatmaz,
Qənaət eylərəm mən də sənin tək ahilə vayə.
Mənim vardır yenə vasia vüsalə olmaq ümmidim,
Yetərsənmi səni də, bilməm axir bu təmənnayə?
Məni-kəmtər gədayə qıl nəzər, ey padşahi-hüsn,
Həmişə iltifat etmək gəlir axir bu ədnayə.
Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın,
Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə.