Yenə gəldi eşq elçisi, yenə doldı meydanumuz
Yenə gəldi eşq elçisi, yenə doldı meydanumuz Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Yenə gəldi eşq elçisi, yenə doldı meydanumuz,
Yenə teferrücgah oldı sağlı-solh dört yanumuz.
Yenə məhfıller düzüldi, yenə badyalar quruldı,
Yenə qədəhlər sunuldı, əsrük oldı bu canumuz.
Ev İçi eşq ilə toldı, ulu-kiçi aşiq oldı,
Canlarumuz heyran oldı, tağıldı pərişanumuz.
Bir neçəmüz Həqqi aldı, bir neçəmiz Həqdən toldı,
Bir neçə Süleyman oldı eşq təxtinə binənümüz.
Bir neçəmüz Leyli oldı, bir neçəmüz Məcnun oldı,
Bİr neçəmüz Fərhad oldı eşqdən xəbər tuyanumuz.
Meydanumuz meydan oldı, canlarumuz heyran oldı,
Hər dəm ərş seyrangah oldı, həzrət oldı revanumuz.
Düşmüş İdük, ol qaldırdı, birligin bizə bildirdi,
İçimüzə eşq toldurdı, dürüst oldı imanumuz.
Sorar isən eşq qandadur, qanda istərsən andadur,
Həm könüldə, həm c andadur, hiç qalmadı gümanumuz.
Yunus eşqün vəsfin söylər, gerçəklərə xəbər eylər,
Mehrumlarun canı göynər, əşkər oldı pünhanumuz.