Məzmuna keç

Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı (2 fevral 1991-ci il)

Vikimənbə saytından
Yeni Azərbaycan əlifbası layihəsinin hazırlanması haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Qərarı (1991)
Müəllif: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti


Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yanında yeni Azərbaycan əlifbasının tərtibi üzrə komissiyanın sədri F. Q. Muradəliyev yoldaşın məlumatını dinləyərək Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qeyd edir ki, komissiya latın əlifbasına keçilməsi məsələsini hərtərəfli öyrənmək üçün xeyli iş görmüş, nüfuzlu mütəxəssisləri, elm xadimlərini və xalq təhsili idarələrinin, müvafiq nazirliklərin, baş idarələrin nümayəndələrini bu işə cəlb etmiş, respublika ictimaiyyətinin, əhalinin müxtəlif təbəqələrinin fikrini nəzərə almışdır. Latın qrafikası əsasında hazırlanmış əlifbanın layihəsi və bu əlifbaya keçmək barədə tövsiyələr Azərbaycan SSR Ali Soveti tərəfindən baxılmağa və müzakirə edilməyə layiqdir.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

  1. Latın qrafikası əsasında Azərbaycan əlifbası layihəsinin tərtibi üzrə komissiyanın işi bəyənilsin.
  2. On ikinci çağırış Azərbaycan SSRİ Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan əlifbası layihəsinin hazırlanması məsələsini birinci sessiyanın gündəliyinə daxil etsin.

Azərbaycan SSR Ali Sovetinin sədri Bakı şəhəri, 2 fevral 1991-ci il, № 1980-XI.