Bu səhifə korrektə edilib
Qəzanın qəhrindən yetmişəm cana,
Vəsfini yazıram, düşsün cahana.
İstəyirsən məni atdır ümmana,
İstəyirsən qoy aparsın sel, Yetər!
Ala gözlərinə mayıl olmuşam,
Dostun zəhmətinə qayıl olmuşam,
Eşqin firqətindən zayıl olmuşam,
Bir yetişib dərdi dilim bil, Yetər.
Dal gərdənə həmayıllar taxıbsan,
Neçə canlar eşq oduna yaxıbsan,
Türfə gözəllərlə seyrə çıxıbsan,
Sana baxır, köks ötürür el, Yetər.
Abdulla ömrünü veribdi bada,
Pərvanə cismini yandırdı oda.
Ölüm haqdı insan üçün dünyada.
Vəfa yoxdu bu dünyada, bil, Yetər.
45