Məzmuna keç

Yort, ey könül, sen bir zaman asudə, fariğ, xoş yün

Vikimənbə saytından
Yort, ey könül, sen bir zaman asudə, fariğ, xoş yün
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Yort, ey könül, sen bir zaman asudə, fariğ, xoş yün,
Qorqma, qayurma kimsədən, ğüssə vü ğəmden boş yüri.

Həqiqətə baqar İsən, nefsün sana düşman yetər,
Var imdi ol nefsün ilə urış, savaş, toqış, yüri.

Nəfsdür əri yolda qoyan, yolda qalur nəfsə uyan,
Nə işün var kimsə ilə, nəfsünə qaqı, buş, yüri.

Dilər isən bu dünyənün şərrindən olasın əmin,
Tərk eylə bu kibrü kini, xirqəyə gir, dərviş yüri.

İstər isən bu dünyədə əbədi sərxoş olasın,
Eşq qədəhin tolu götür, yılon iki ay sərxoş yüri.

Kimsə bağına girməgil, kimsə gülini derməgil,
Var kəndü mə’şuqun ilə bağçada əl alış yüri.

Könüllərdə ig olmağıl, məhfillərdə çig olmağıl,
Çig nəsnenün nə tadı var, gel eşq odma biş yüri.

Yunus, İmdi xoş söylərsin, dinləyənə şərh eylərsin,
Xelqe nəsihət satınca ər ol, yolınca qoş yüri.