Yusif Xarrat Qulu Qarabaği
Görünüş
| Qəzəl 24 Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov, Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Yenə çəmən Misrində gül Yusif peyda oldu,
Bülbüllər Züleyxa tək qovqaya düşdü.
Bülbül Fərhad kimi fəqana gəldi,
Qönçə badi-səbadan Şirin dodağı tək açıldı.
Məcnun kimi lalənin ürəyi dağlı oldu,
Nərgiz nazlanmaqdan çəməndə Leyla oldu.
Bülbül gülüstanda Vamiq tək aşiq oldu,
Gülşəndə qızıl gül Əzra üzü tək oldu.
Gülşən səhnəsi bülbülün şadlıq avazı ilə doldu,
Rast humayun avazilə yenə cuşa gəldi.
Ölülər çəməndə səhər İsasının nəfəsindən,
Torpaqdan baş qaldırıb dirildilər.
Yusifi Ayaz kimi olan o dilbərin qəmində,
Mahmud kimi aləmdə rüsvay oldu.