Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/52

Vikimənbə saytından
(Zülflərin (Zodlu Abdulla) səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

Götürüb dəstinə gəzdirsən ağı,
Mən olmuşam ala gözün dustağı.
Məhşər, qiyamətdi ayrılıq çağı,
Dolansın boynuma qol yavaş-yavaş.

Sərinə qoyubsan qızıldan tacı,
Düşüb Abdullanın bil ehtiyacı.
Müddətdi xəstəyəm, dəhanım acı,
Süzülür ləbindən bal yavaş-yavaş.

ZÜLFLƏRİN

O qızıl şananı alıb dəstinə,
Nazik əllərinlə dara zülflərin.
Çin-çin eylə dal gərdənə həmayıl,
Məlhəm eylə, bağla yara zülflərin.

Gözəl görməmişəm belə bir maya,
Qoy söz deyim, a gərdəni minaya.
Camalın bənzətdim günəşə, aya,
Saldı məni ahu-zara zülflərin.

Bu baxışın neçə canlar alacaq,
Almasa da qeyri hala salacaq.
Şahmar kimi çoxlarını çalacaq,
Nə göyçək yaraşır qara zülflərin.

52