Ziba
Görünüş
Ziba Müəllif: Aşıq Hüseyn Şəmkirli |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Gedirdim xublar toyuna,
Çıxmışdıq düz yola, Ziba!
Pərvanələr heyran olub,
Ağ uzündə xala, Ziba!
Ləblərin oxşar mərcana,
Qəsd eylədi şirin cana,
Məməsin qoyub fincana,
Tutmuş idi bala, Ziba!
Gözləri ala novcavan,
Sana nisbət huri-qılman,
Ətri-gül, nərgiz, yasəmən,
Vurmuş idi telə, Ziba!
Səni gördum çeşmi laçın,
Ağ üzündə vardı maçın,
Gərdəndən aşırıb saçın,
Tökmüş idi belə, Ziba!
Aşıq Hüseynin qəhharı,
Kimlər çəkəçək ah-zarı,
Abdullanın köyçək yarı,
Tərifindən bilə, Ziba!