Gəl olma riza didəsi xunbar ola Zeynəb,
Məzlum Hüseyn! Şümrə giriftar ola Zeynəb.
Bu qədr bəla dağinə yox tabü təvanım,
Ləb təşnə verüb canini sərdari-cəvanim,
Pəs lazimədür həşrə kimi-ruhi-rəvanım,
Həsrətkeşi-didari-Ələmdar ola Zeynəb.
Düşsə güzərün qətlgəhə, kani-mürüvvəl,
Əbbasə belə ərz edərəm baqəmü möhnət,
İnsafdü, ey sərvəri-din, sahibi-qeyrət,
Şam içrə gedüb rövnəqi-bazar ola Zeynəb?
Pərvanə kimi atəşi hicranuva yannam,
Əyyami-vüsali eləyüb fikr, dayannam,
Zülfimi tökb nə-şüvə, al qanə boyannam,
Qan ilə gərək arizi gülnar ola Zeynəb.