Özü tək gedə, tək gedə

Vikimənbə saytından
Özü tək gedə, tək gedə
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

İgid gərək yar sevməyə,
Özü tək gedə, tək gedə...
Müxənnət qəddin əyməyə,
Özü tək gedə, tək gedə...

Qəniminə qılınc çala,
Ürəyinə talan sala.
Düşməndən bac-xərac ala,
Özü tək gedə, tək gedə...

Dola polad yarağına,
Düşə igid sorağına.
Yüz tülkünün qabağına,
Özü tək gedə, tək gedə...