İlham Əliyevin Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə məktubu

Vikimənbə saytından
İlham Əliyevin Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə məktubu (15 fevral 2019)
Müəllif: İlham Əliyev
Mənbə: president.az (15 fevral 2019). İlham Əliyevin Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə məktubu (az). İlham Əliyev. Yoxlanılıb 2019-02-09.


Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2019-cu il.